20 mart 2026. Cümə

Eddi millinin heyətindən çıxarıldı


Eddi millinin heyətindən çıxarıldı

Avro-2020-nin seçmə mərhələsi çərçivəsində iyunun 8-də Macarıstan və iyunun 11-də Slovakiya yığması ilə qarşılaşacaq, bu oyunlara hazırlığını Bakıda davam etdirən Azərbaycan millisinin heyətində dəyişiklik olub.
 
Corner.az AFFA-nın saytına istinadən xəbər verir ki, klubunun son matçında zədələnən və həkim müayinəsinin nəticəsinə əsasən 4 həftə oynamayacaq Eddi İsrafilov millinin  toplanışında iştirak edə bilməyəcək.

Komandaya əlavə futbolçu dəvət olunmayacaq və milli rəsmi oyunlara hazırlığını 26 futbolçu ilə davam etdirəcək.







Milli komanda