5 dekabr 2025. Cümə

Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı


Lixtenşteyn - Azərbaycan oyununun hakimləri açıqlandı

21 yaşadək futbolçulardan ibarət millimizin Avropa çempionatının seçmə mərhələsində Lixtenşteynlə səfərdə keçirəcəyi oyunun hakim təyinatları müəyyənləşib. 

Corner.az  UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, görüşü Şimali İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Tim Marşal olacaq. Ona yan xətt hakimləri Pol Robinson və Stefen Donaldson kömək edəcək. Dördüncü hakim funksiyasını Şeyn Endryus yerinə yetirəcək.

Qeyd edək ki,  Lixtenşteyn - Azərbaycan oyunu iyunun 6-da Eşen şəhərindəki "Sportpark Eşen-Mauren" stadionunda keçiriləcək.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu