“Azərbaycanda özümü çox yaxşı hiss edirəm”. Corner.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniya yığmasının "sükanı arxasına" keçəcəyi barədə xəbərlərə münasibət bildirərkən söyləyib.
İtaliyalı mütəxəssis yerli mətbuata açıqlamasında AFFA ilə bu ilin sonunadək müqaviləsinin olduğunu bildirib: “Albaniya millisinin De Byaziyə ehtiyacı ola bilər. Lakin o, hazırda məşğuldur” (gülür).
Xatırladaq ki, Canni De Byazi 2020-ci ilin yayından Azərbaycan yığmasına rəhbərlik edir. O, ötən il AFFA ilə yeni müqaviləyə imza atıb. İtaliyalı mütəxəssisin indiki müqaviləsinin müddəti 2023-cü ilin 30 noyabrına qədərdir.