12 aprel 2025. Şənbə
AFFA-nın Hesabat Konfransı keçirilib

Azərbaycan millisi bizim üçün əlverişsiz rəqibdir - Stanislav Lobotka


Azərbaycan millisi bizim üçün əlverişsiz rəqibdir - Stanislav Lobotka

"İordaniya ilə yoldaşlıq matçı daha az oynayan futbolçular üçün bir şans ola bilər. Azərbaycan isə bizim üçün əlverişsiz rəqibdir".

Corner.az "hlavnespravy.sk" saytına istinadən xəbər verir ki, bu fikirləri Slovakiya millisinin futbolçusu Stanislav Lobotka qarşıdakı oyunlar barədə danışarkən deyib.

25 yaşlı futbolçu Xorvatiyanın da Azərbaycan yığması ilə matçda çətinlik çəkdiyini söyləyib."Selta" klubunda çıxış edən oyunçu bildirib ki, artıq hər bir komanda futbol oynamağı bacarır: "Əlbəttə, Bakıda asan oyun gözləmirik. Rəqib evdə çıxış edəcək. Hər kəs, hətta San Marino da doğma meydana çıxış edəndə, rəqibin böyük komanda olmasına baxmayaraq, narahatlıq yarada bilir". 

Qeyd edək ki, İordaniya ilə iyunun 7-də Trnavada yoldaşlıq matçı keçirəcək Slovakiya iyunun 11-də Bakıda Azərbaycan millisinə qarşı AVRO-2020-nin seçmə qrup oyununa çıxacaq. 







Milli komanda

Millimiz Belarusla da bacarmadı
  • Milli komanda
  • 23:37 25.03.2025
Millimiz Belarusla da bacarmadı