29 iyun 2026. Bazar ertəsi

Canni De Byazi: Ayaz Quliyevlə danışmalıyam


Canni De Byazi: Ayaz Quliyevlə danışmalıyam
“Milliyə uyğun olub-olmadığını müəyyənləşdirmək üçün Ayaz Quliyevin özü ilə danışmalıyam”. Corner.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Rusiyanın “Ximki” klubunda çıxış edən Ayaz Quliyevin yığmaya çağırılması ehtimalını dəyərləndirərkən deyib.
 
İtaliyalı mütəxəssis “CBC Sport” kanalına açıqlamasında 27 yaşlı yarımmüdafiəçinin Azərbaycan millisində oynamaq istəyi ilə bağlı fikirlərini eşitdiyini söyləyib: “Onun bu sözləri məni sevindirir. Elə futbolçular lazımdır ki, bizə hörmət etsinlər, yığmaya rəğbət göstərsinlər. Millinin formasını geyinənlər bu ada yaraşan futbolçular olmalıdır”.
 
Qeyd edək ki, Ayaz Quliyev Rusiyanın aşağı yaş qrupu üzrə yığmalarında çıxış edib.






Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi