5 dekabr 2025. Cümə

Dadaşova istirahət


Dadaşova istirahət

Millimizin futbolçusu Rüfət Dadaşov klubu "Proyssen"in hazırlıqlarına gec qoşulacaq.

Corner.az Almaniya mətbuatına istinadən xəbər verir ki, buna səbəb onun millimizin düşərgəsində olmasıdır.  Avro-2020-nin seçmə mərhələsində Macarıstan və Slovakiya ilə oyunlar üçün yığmamıza dəvət olunan 27 yaşlı hücumçuya üçüncü Bundesliqa təmsilçisi əlavə 14 günlük istirahət verəcək. Onun iyunun sonlarında komandaya qayıdacağı gözlənilir.

Klubun idman direktoru Malte Metzelder R.Dadaşovun ölkəsini təmsil etməsindən məmnun olduğunu deyib: "Onun dincəlmək imkanı olmadı. Buna görə Rüfətin istirahət etməyi bizim üçün önəmlidir".







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu