Azərbaycan millisinin AVRO-2024-ün seçmə mərhələsində Avstriya ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşma Lins şəhərində baş tutacaq.
Yığmamızın martın 24-də seçmə mərhələdəki ilk görüşünü “Raiffeisen Arena”da keçirəcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.
Qeyd edək ki, 7870 tamaşaçı tutumuna malik “Raiffeisen Arena”dan LASK klubu yararlanır.