10 may 2026. Bazar günü

Millimiz Albaniya və Sloveniya yığmaları ilə qarşılaşacaq


Millimiz Albaniya və Sloveniya yığmaları ilə qarşılaşacaq
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası yoldaşlıq oyunları keçirəcək. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, rəqiblər Albaniya və Sloveniyanın müvafiq yaş qrupu üzrə yığmaları olacaq.
 
Hər iki qarşılaşma 20-27 martda Türkiyənin Antalya şəhərində təşkil ediləcək təlim-məşq toplanışı zamanı baş tutacaq.
 
Samir Əliyevin baş məşqçi olduğu kollektiv martın 23-də Albaniya, 26-da isə Sloveniya ilə üz-üzə gələcək.






Milli komanda