29 iyun 2026. Bazar ertəsi

Millimiz Belarusu məğlub etdi


Millimiz Belarusu məğlub etdi

Belarusun paytaxtı Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması müvafiq yaş qrupuna aid yerli komanda ilə yoldaşlıq oyunu keçirib. 

Corner.az AFFA-nın saytına istinadən xəbər verir ki, qarşılaşma yığmamızın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Turan Vəlizadə penaltidən vurub.  


Qeyd edək ki, iki gün əvvəl bu komandalar arasında keçirilən ilk yoxlama görüşündə ev sahibləri 4:0 hesablı qələbə qazanmışdı.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi