26 iyul 2026. Bazar günü

Yığmamızdan Antalyada növbəti heç-heçə


Yığmamızdan Antalyada növbəti heç-heçə
Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışını yekunlaşdıran 19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlıq çərçivəsində sonuncu yoxlama oyununu keçirib. Corner.az xəbər verir ki, Səudiyyə Ərəbistanının U-18 komandasına qarşı oyun 1:1 hesabı ilə nəticələnib.
 
Millimizin heyətində 90-cı dəqiqədə Rüfət Abbasov fərqlənib. 
 
Xatırladaq ki, bu komandalar arasında fevralın 8-də keçirilmiş ilk qarşılaşma 2:2 hesabı ilə nəticələnmişdi. Komandamız Antalyadakı ilk sınağında isə Tacikistanın U-20 komandasına 1:2 hesabıyla məğlub olmuşdu.






Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi