22 oktyabr 2024. Çərşənbə axşamı

Bu hesabla qalib gələcəyimizi gözləmirdik - Hamşik


Bu hesabla qalib gələcəyimizi gözləmirdik - Hamşik

Slovakiya millisinin kapitanı Marek Hamşik Avro-2020-nin seçmə mərhələsində bu gün Bakıda yığmamızı məğlub etdikləri oyundan sonra jurnalistlərin suallarınıı savablandırıb.

Corner.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi 5:1 hesabı ilə qalib gələcəklərini gözləmədiyini bildirib:

- Görüşlə bağlı nə deyəcəksən?

- Bizim üçün qrupda çox vacib qələbə idi. Düz 5 qol vurduq. Yaxşı da futbol oynadıq. Çox yaxşı nəticə oldu.

- Bu hesabla qalib gələcəyinizi təxmin edirdiniz?

- Bəlkə də yox. Düzünü desəm, bu cür hesabı təxmin etməmişdik. Amma yaxşı oyunla, gözəl də qollar vurduq. Bu cür hesabla qalib gəldiyimizə görə çox sevindik.

- Bəzi futbolçularınız bildirib ki, daha çox qol vura bilərdik. Razısan?

- Əslində bunun heç bir önəmi yoxdur. Əsas odur ki, qalib gəlib üç xalı qazandıq. Bizim üçün 1:0 və 5:1 hesabın heç bir fərqi yoxdur. Vacib olan qələbə idi ki, onu da yaxşı futbolla qazandıq.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"