14 dekabr 2025. Bazar günü

Baş məşqçinin istefası gündəmdə deyil - AFFA


Baş məşqçinin istefası gündəmdə deyil - AFFA

Azərbaycanda milli komandanın Slovakiya futbol komandasına dörd qol fərqi ilə uduzmasından sonra "baş məşqçinin istefası gündəmdə deyil", Azərbaycan Futbol Federasiyaları Assosiasiyasından (AFFA) BBC News Azərbaycancaya deyilib.

Bakıda keçirilmiş oyun zamanı stadionda azarkeşlər "istefa" tələbləri səsləndiriblər. Onlar, həmçinin AFFA rəhbərliyinin də "istefa verməsini" istəyiblər, yerli media yazır.BBC News Azərbaycanca 2019-cu ilin fevralından bəri Azərbaycan milli komandaya baş məşqçilik edən Nikola Yurçeviç ilə əlaqə saxlaya bilməyib.

O, oyundan sonra keçirilən mətbuat konfransında azarkeşlərdən Azərbaycan yığmasının "ağır məğlubiyyətinə görə" üzr istəyib.

AFFA-dan qurumun idarəçiliyi ilə bağlı tənqidlərə şərh verilməyib.

İyunun 11-də "Avro-2020"-nin seçmə mərhələsində keçirilmiş Azərbaycan-Slovakiya futbol komandalarının qarşılaşması zamanı Azərbaycanın milli yığması qonaqlara 5-1 hesabı ilə uduzub.

BBC News Azərbaycancaya danışan yerli idman şərhçiləri milli komandanın sonuncu oyunundan sonra məyus olduqlarını, hətta uzun zamandır, təxminən 20 ildə bu cür ümidsizliyə, bədbinliyə qapılmadıqlarını deyiblər.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu