5 dekabr 2025. Cümə

Millimiz FİFA reytinqdə iki pillə geriləyib


Millimiz FİFA reytinqdə iki pillə geriləyib

FİFA milli komandaların yeni reytinq siyahısını açıqlayıb.

Corner.az xəbər verir ki, Azərbaycan yığması 1188 xalla 110-cu yerdə qərarlaşıb. 

Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv daha öncə açıqlanan reytinqlə müqayisədə iki pillə geriləyib. Buna səbəb millinin AVRO-2020-nin son mərhələsinin oyunlarında Macarıstana 1:3, Slovakiyaya isə 1:5 hesabı ilə məğlub olmasıdır.

Komandanın seçmə mərhələdəki rəqiblərindən Xorvatiya bir pillə geriləyib və 1625 xalla 6-cı pillədə qərarlaşıb. 1514 xalı olan və 4 pillə geriləyən Uels isə 1514 xalla 23-cü olub. Son iki oyunda qələbə qazanan Macarıstan 9 pillə irəliləyərək 42-ci yerə çıxıb. Slovakiya isə bir pillə irəliləyib və hazırda 1491 xalla 31-cidir.

Siyahıda ilk üç pillənin sahibi dəyişməyib. Belçika (1746) birinci, Fransa (1718) ikinci, Braziliya (1681) isə üçüncü yerdədir. Türkiyə yığması (1467) isə 2 pillə irəliləyərək 37-ci yeri tutub.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu