5 dekabr 2025. Cümə

Millimiz Kolumbiya ilə qarşılaşa bilər


Millimiz Kolumbiya ilə qarşılaşa bilər
Azərbaycan millisi iyunda Kolumbiya yığması ilə yoldaşlıq görüşü keçirə bilər. Corner.az xəbər verir ki, bu barədə Kolumbiya mətbuatı məlumat yayıb.
 
Bildirilib ki, baş məşqçi Nestor Lorenzo yığmalar üçün nəzərdə tutulan 12-20 iyun tarixlərində iki yoxlama matçında yetirmələrini sınamaq fikrindədi. Argentinalı mütəxəssis hər iki rəqibin mütləq Avropa təmsilçisi olmasını yerli federasiyaya tapşırıb.
 
Hazırda Kolumbiya millisi üçün üç namizəd nəzərdən keçirilir. Bunlar Polşa, Serbiya və Azərbaycan yığmalarıdı. Kolumbiya Futbol Federasiyası tezliklə bu ölkələrin assosiasiyaları ilə danışıqlara başlayacaq.
 
Qeyd edək ki, millimiz iyunun 17-də AVRO-2024-ün seçmə mərhələsində “Dalğa Arena”da Estoniyanı qəbul edəcək.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu