AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində Avstriya və İsveçlə oyunlara hazırlaşan Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışına başlayıb. Corner.az xəbər verir ki, Canni De Byazinin rəhbərlik etdiyi yığmamız “Dalğa Arena”da hazırlaşır.
Milliyə dəvət alan legioner futbolçular hələlik düşərgəyə qoşulmayıb. Hazırlıqda yalnız ölkə daxilində çıxış edən oyunçular iştirak edirlər.
Xatırladaq ki, yığmamız Avstriya yığması ilə martın 24-də, İsveç millisiylə isə ayın 27-də səfərdə üz-üzə gələcək.