AVRO-2024-ün seçmə mərhələsinin birinci turunun ən zəif komandaları müəyyənləşib. Corner.az xəbər verir ki, “Sofascore” analitik portalının araşdırmasına əsasən, siyahıda Azərbaycan millisi də yer alıb.
Səfərdə Avstriyaya 1:4 hesabı ilə uduzan yığmamız qitənin yalnız iki komandasını qabaqlaya bilib. Belə ki, ilk turun ən zəifi İsveçrəyə 0:5 hesabı ilə uduzan Belarus seçilib. Həmçinin Lixtenşteyn və Azərbaycan yığmaları da ən zəif üç komandadan ikisidir.
AVRO-2024-ün seçmə mərhələsinin ilk mərhələsinin ən zəif 10 komandası:
Kipr (Şotlandiya - 0:3) - 6,52
Malta (Şimali Makedoniya - 1:2) - 6,51
Norveç (İspaniya - 0:3) – 6,50
San Marino (Şimali İrlandiya - 0:2) – 6,50
Cəbəllütariq (Yunanıstan - 0:3) - 6,44
Andorra (Rumıniya - 0:2) - 6,43
Hollandiya (Fransa - 0:4) - 6,40
Azərbaycan (Avstriya - 1:4) - 6,39
Lixtenşteyn (Portuqaliya - 0:4) - 6,36
Belarus (İsveçrə - 0:5) - 6,19.