5 dekabr 2025. Cümə

Byazi iki futbolçunu iştirak ərizəsinə salmadı


Byazi iki futbolçunu iştirak ərizəsinə salmadı
AVRO-2024-ün seçmə mərhələsinin II turu çərçivəsində bu gün İsveçlə qarşılaşacaq Azərbaycan millisinin “23-lüy”ü müəyyənləşib. Corner.az-ın məlumatına görə, baş məşqçi Canni de Byazi iki oyunçunu iştirak ərizəsinə salmayıb.
 
Eddi İsrafilov zədə səbəbindən millinin düşərgəsini tərk edibsə, müdafiəçi Tellur Mütəllimov və yarımmüdafiəçi Ceyhun Nuriyev italiyalı mütəxəssisin qərarı ilə qarşılaşmanın “23-lüy”ündən kənarda qalıb.
 
Nuriyev üç gün əvvəl Avstriya ilə (1:4) səfər qarşılaşmasının da iştirak ərizəsinə salınmamışdı. Mütəllimov isə həmin matçda ehtiyatda qalmışdı.
 
Qeyd edək ki, “Friends Arena”da keçiriləcək İsveç – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu