11 aprel 2025. Cümə
AFFA-nın Hesabat Konfransı keçirilib

Azərbaycan - Kolumbiya matçı baş tutacaqmı?


Azərbaycan - Kolumbiya matçı baş tutacaqmı?
Kolumbiya yığmasının iyunda qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib. Corner.az-ın yerli mətbuata istinadən məlumatına görə, Cənubi Amerika təmsilçisi Almaniya ilə qarşılaşacaq.
 
İyunda Avropa yığmaları ilə iki yoldaşlıq matçı keçirməyi planlaşdıran kolumbiyalılar almanlarla danışıqları artıq müsbət yekunlaşdırmaq üzrədi. Yerli media tərəflər arasında ilkin razılığın alındığını bildirib. Bunun isə Kolumbiya yığmasının Azərbaycanla oynamaq şansını azaltdığı da vurğulanıb. Buna sözügedən komandanın iyunda ümumilikdə 2 sınaq matçına çıxacağı və bu rəqiblərdən biri Almaniya olduğu səbəb göstərilib.
 
Digər qarşılaşma üçün namizədlər isə Polşa, Serbiya və Azərbaycan olaraq qalır. Hər üç milli iyunda bir seçmə mərhələ matçı keçirəcəyindən, Kolumbiya ilə yoxlama görüşünün əleyhinə deyil.






Milli komanda

Millimiz Belarusla da bacarmadı
  • Milli komanda
  • 23:37 25.03.2025
Millimiz Belarusla da bacarmadı