13 aprel 2025. Bazar günü
AFFA-nın Hesabat Konfransı keçirilib

Azərbaycan millisinin heyəti açıqlandı


Azərbaycan millisinin heyəti açıqlandı
Qadınlardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. Corner.az xəbər verir ki, Türkiyə ilə keçiriləcək yoldaşlıq görüşlərinə 23 oyunçu çağırılıb.
 
Maraqlıdı ki, onlardan məhz 18-i Türkiyədə karyerasını davam etdirir.
 
Millinin heyəti: Aytac Şərifova, Nərgiz Hacıyeva (hər ikisi “Trabzonspor”, Türkiyə), Günay İsmayılova, Sona Rəhimova, Vüsalə Hacıyeva, Vüsalə Seyfəddinova (hamısı “Amedspor”, Türkiyə), Nərgiz Əliyeva, Jalə Məhsimova (hər ikisi “KDZ Ereğli Bələdiyyə Spor”, Türkiyə), Göknur Güləryüz, Nazlıcan Parlak (hər ikisi “Fənərbağça”, Türkiyə), Ayşən Əhmədova (“Fomget ve Genclik Spor”, Türkiyə), Kamilla Məmmədova, Coşqunə Əliyeva (hər ikisi “Kayseri””, Türkiyə), Kristina Bakarandze (“Qalatasaray”, Türkiyə), Yeliz Acar, Peritan Bozdağ, Bilge Su Koyun (hamısı “Fatih Vatan”, Türkiyə), Esra Manya (“Beşiktaş”, Türkiyə), Nigar Mirzəliyeva (“Zenit”, Rusiya), Diana Məmmədova (“Yenisey”, Rusiya), Sevinc Cəfərzadə (“Krasnodar”, Rusiya), Manə Mollayeva, Firəngiz Teymurova (8 – iOEUGiM).
 
Qeyd edək ki, Azərbaycanla Türkiyə arasında yoldaşlıq oyunları aprelin 8-də və 11-də “Dalğa Arena”da keçiriləcək.






Milli komanda

Millimiz Belarusla da bacarmadı
  • Milli komanda
  • 23:37 25.03.2025
Millimiz Belarusla da bacarmadı