5 dekabr 2025. Cümə

Azərbaycan yığması FİFA reytinqində gerilədi


Azərbaycan yığması FİFA reytinqində gerilədi
FIFA növbəti reytinqi açıqlanıb. Corner.az xəbər verir ki, Azərbaycan millisinin də mövqeyi müəyyənləşib.
 
Yığmamız ötən ilin dekabrında açıqlanan siyahı ilə müqayisədə 3 pillə geriləyib. AVRO-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçə (0:5) məğlubiyyət Canni de Byazinin kollektivinin 124-cü sıraya düşməsinə səbəb olub. Komandamızın aktivində 1142 xal var.
 
Son dünya çempionu Argentina millisi reytinqdə zirvəni ələ keçirib. Cənubi amerikalılar 1840 xala malikdi. Fransa (1838) da 1 pillə irəliləyərək 2-ci yerdə göstərilib. Reytinqin son lideri Braziliya (1834) isə 3-cü yerə düşüb.
 






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu