17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Şimali Makedoniya ilə keçirəcəyi yoxlama görüşlərinin heyəti açıqlanıb. Corner.az saytı xəbər verir ki, məşqçilər korpusu 24 futbolçuya dəvət göndərib.
Yığma aprelin 12-dən 15-dək Bakıda, 16-dan 21-dək Şimali Makedoniyanın paytaxtı Skopyedə təlim-məşq toplanışı keçəcək. U-17 hazırlıq çərçivəsində ayın 18-də və 20-də Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoldaşlıq oyununda qüvvəsini sınayacaq.
Bakı toplanışı başa çatdıqdan sonra yekun heyət müəyyənləşəcək. Hazırda ən çox dəvət “Sabah”ın oyunçularına göndərilib. Paytaxt klubunun 6 üzvü milliyə çağırılıb.
U-17-nin heyəti: Tuncay Əhmədov, Əhməd Tarverdiyev, Rəşad Alışov, Ramin Əvəzov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Sadiq Məmmədli, Ömər Nəsibov, Amin Muradov, Röyal Fərullazadə (hamısı “Neftçi”), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hamısı “Sumqayıt”), Hikmət Cəbrayılov, Amid Qasımov (hər ikisi “Qarabağ”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Firudin Kişiyev (EFA), İslam İsmayılzadə (“Səbail”), Ümid Səlimov (“Şamaxı”), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə).