19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək.
Corner.az xəbər verir ki, millimiz Bakı vaxtı ilə saat 13:00-da Slovakiyada keçirəcək oyunda meydan sahibi komanda ilə qarşılaşacaq.
Oyunu Serbiyadan olan hakim idarə edəcək:
Azərbaycan – Slovakiya
11 aprel. Saat 13:00. Qabçikovo stadionu
Baş hakim: Marina Jivkoviç (Serbiya)
Baş hakimin köməkçiləri: Andrea Miloşeviç (Serbiya), Despoina Demosthenous (Kipr)
Dördüncü hakim: İoanna Allayiotou (Kipr)