Azərbaycan milli komandasının baş məşqçisi Canni de Byazi ölkəmizə qayıdır. Corner.az xəbər verir ki, bunu ölkəsi İtaliyada olan mütəxəssis yerli mətbuata açıqlamasında deyib.
66 yaşlı mütəxəssis AVRO-2024-ün seçmə mərhələsində Avstriya (1:4) və İsveçlə (0:5) keçirilən görüşə də toxunub:
“Hər iki qarşılaşmada yaxşı çıxış etsək də, uduzduq. Onlarla aramızdakı fərq ondadı ki, rəqiblərin futbolçuları İngiltərə Premyer Liqasında, bizimkilər isə Azərbaycan çempionatında oynayırlar. Uduzmağa nifrət edirəm. Amma futbolda belə hallar ola bilər”.
Qeyd edək ki, Canni de Byazi sabah keçiriləcək AFFA İcraiyyə Komitəsinin iclasında hesabat verəcək.