- Milli komanda
- 14:00 14.11.2024
Bu gün AFFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib. Corner.az xəbər verir ki, assosiasiyanın inzibati binasında baş tutan yığıncaqda milli komandanın baş məşqçisi Canni de Byazi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçirdiyi oyunlarla bağlı hesabat verib.
İtaliyalı mütəxəssis yığıncağı İK üzvlərindən bir saat əvvəl tərk edib. Bununla belə, Byazi millidə fəaliyyətini davam etdirəcək. İcraiyyə Komitəsinin üzvü Zaur Axundov jurnalistlərə açıqlamasında bildirib ki, italiyalının hesabatı dinlənildikdən sonra baş məşqçi vəzifəsində saxlanılması barədə qərar qəbul olunub.