20 mart 2026. Cümə

Millimizin Şimali Makedoniya ilə oyunlarının tarixi açıqlandı


Millimizin Şimali Makedoniya ilə oyunlarının tarixi açıqlandı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin Şimali Makedoniya ilə yoxlama görüşlərinin vaxtı müəyyənləşib. Corner.az xəbər verir ki, AFFA görüşlərin keçiriləcəyi tarixləri açıqlayıb.
 
Yığmamız ilk olaraq aprelin 18-də rəqiblə qarşılaşacaq. Görüş saat 16:00-da başlayacaq.
 
Aprelin 20-nə təsadüf edəcək oyunun start fiti isə saat 14:00-da səslənəcək.
 
Qeyd edək ki, hər iki qarşılaşma Şimali Makedoniyanın paytaxtı Skopyedə keçiriləcək.






Milli komanda