12 aprel 2025. Şənbə
AFFA-nın Hesabat Konfransı keçirilib

Yığmamızın rəqibləri bəlli oldu


Yığmamızın rəqibləri bəlli oldu
Çimərlik futbolu üzrə Azərbaycan milli komandasının Polşada keçiriləcək üçüncü Avropa Oyunlarındakı rəqibləri müəyyənləşib.
 
Corner.az xəbər verir ki, Polşanın Krakov şəhərində təşkil olunacaq Avropa Oyunlarının çimərlik futbolu yarışlarında bütövlükdə 8 ölkənin yığması mübarizə aparacaq.
 
Azərbaycan millisi ilə yanaşı, İspaniya, İtaliya, Polşa, Moldova, Portuqaliya, İsveçrə və Ukrayna yığmaları da çempionluq üçün yarışacaq.
 
Çimərlik futbolu yarışları iyunun 27-dən iyulun 2-dək davam edəcək.






Milli komanda

Millimiz Belarusla da bacarmadı
  • Milli komanda
  • 23:37 25.03.2025
Millimiz Belarusla da bacarmadı