23 iyul 2026. Cümə axşamı

Yığmamız Şimali Makedoniyanı yenə məğlub etdi


Yığmamız Şimali Makedoniyanı yenə məğlub etdi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Şimali Makedoniyanın paytaxtı Skopyedəki təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama görüşündə qüvvəsini sınayıb. Corner.az  xəbər verir ki, millimiz yerli komanda ilə üz-üzə gəlib.
 
Qarşılaşma komandamızın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. Qollara 89-cu və 90+3-cü dəqiqlərdə Röyal Fərzullazadə imza atıb.
Bununla U-17 ikinci dəfə Şimali Makedoniyanı məğlub edib. Təmsilçimiz aprelin 18-dəki görüşdə 1:0 hesablı qələbəyə sevinib.






Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi