5 dekabr 2025. Cümə

Yığmamız UEFA İnkişaf turnirinə hazırlaşır


Yığmamız UEFA İnkişaf turnirinə hazırlaşır
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Bakıda təlim-məşq toplanışına başlayıb. Corner.az xəbər verir ki, komandamız UEFA İnkişaf turnirinə hazırlıq məqsədilə bir araya gəlib.
 
Məşqçilər korpusu ilkin heyətə 23 futbolçu dəvət edib. UEFA İnkişaf turnirində iştirak edəcək yekun heyət aprelin 29-dək davam edəcək toplanışından sonra bilinəcək.
 
U-17-nin heyəti: Əhməd Tarverdiyev, Rəşad Alışov, Tuncay Əhmədov, Əkbər Məhərrəmov, Babamirzə Mehdiyev, Anar Hüseynov (hamısı “Sabah”), Həbib Hüşənov, Səmid Əhmədov, Ömər Kərimov, Ziya Şəkərxanov (hamısı “Qəbələ”), Vüsal Paşayev, Nadir Orucov, Elnur Cabbarlı (hamısı “Sumqayıt”), Sadiq Məmmədli, Amin Muradov, Röyal Fərzullazadə (hamısı “Neftçi”), Hikmət Cəbrayilzadə, Amid Qasımov (hər ikisi “Qarabağ”), Ayxan Abbaszadə (“Turan Tovuz”), Firudin Kişiyev (EFA), Həsən Nəzərli (“Ankaragücü”, Türkiyə), İslam İsmayilzadə (“Səbail”), Ümid Səlimov (“Şamaxı”).
 
Qeyd edək ki, turnir mayın 1-dən 7-dək Albaniyanın paytaxtı Tiranada təşkil ediləcək.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu