14 may 2026. Cümə axşamı

Millimizin Türkiyə ilə oyunlar üçün heyəti açıqlanıb


Millimizin Türkiyə ilə oyunlar üçün heyəti açıqlanıb
Çimərlik futbolu üzrə Azərbaycan millisinin heyəti açıqlanıb. Corner.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, komandamız aprelin 30-da Türkiyədə təlim-məşq toplanışına başlayacaq.
 
Mayın 7-dək Antalyada baş tutacaq hazırlıq zamanı komandamız yerli Türkiyə millisi ilə 3 yoldaşlıq görüşü keçirəcək.
 
Toplanışa ümumilikdə 16 oyunçu çağırılıb
 
Qapıçılar: Elçin Qasımov, Vaqif Şirinbəyov, Rafiq Kərimov.
 
Oyunçular: Comərd Baxşəliyev, Elşad Manafov, Amid Nəzərov, Orxan Məmmədov, Fuad Hüseynov, Kamil Hüseynov, Bayram Paşazadə, İsa Zeynallı, Sabir Allahquliyev, Ramil Əliyev, Tural Qurbatov, Emil Həsənzadə, Kamran Qürbətov.






Milli komanda