11 aprel 2026. Şənbə

Millimizin rəqibləri bəlli oldu


Millimizin rəqibləri bəlli oldu
İlk dəfə təşkil olunacaq qadınlar arasında UEFA Millətlər Liqasının püşkatma mərasimi keçirilib. Corner.az saytı xəbər verir ki, turnirdə iştirak edəcək Azərbaycan millisinin də rəqibləri müəyyənləşib.
 
C Liqasında yer alan Siyasət Əsgərovun yetirmələri III qrupa düşüb. Yığmamız burada Monteneqro, Kipr və Farer adaları ilə qarşılaşacaq.
 
Qeyd edək ki, turnirdə ilk turun oyunları sentyabrın 20-26-da keçiriləcək.






Milli komanda