5 dekabr 2025. Cümə

Yığmamızın oyunlarının təqvimi açıqlandı


Yığmamızın oyunlarının təqvimi açıqlandı
Qadın futbolçulardan Azərbaycan yığmasının UEFA Millətlər Liqasının 2023-24 mövsümündə keçirəcəyi oyunların təqvimi bəlli olub. Corner.az xəbər verir ki, millimiz ilk dəfə təşkil olunacaq yarışda C Liqasının 3-cü qrupunda mübarizə aparacaq.
 
Siyasət Əsgərovun kollektivi ilk görüşünü sentyabrın 22-də evdə Kiprə qarşı keçirəcək. Bundan 4 gün sonra komandamız Monteneqronun qonağı olacaq.
 
Millimiz oktyabrda da iki matç oynayacaq. Əvvəlcə ayın 27-də Farer adalarının qonağı olacaq qadınlarımız oktyabrın son günündə Monteneqronu qonaq edəcək.
 
Yığmamız qrupda son görüşlərini isə dekabrda keçirəcək. İlin son ayının 1-də Kiprlə səfər, 5-də isə Farer adaları ev sınağı olacaq.






Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu