22 oktyabr 2024. Çərşənbə axşamı

Riçard Almeyda millimizdən getdi!


Riçard Almeyda millimizdən getdi!
“Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda Azərbaycan millisindəki karyerasını başa vurub. Corner.az xəbər verir ki, bunu 34 yaşlı futbolçu özü instaqram səhifəsindəki paylaşımında milli ilə bağlı vida məktubu yayımlayıb:

“Azərbaycana - “Qarabağ”a 2012-ci ildə gəlmişəm. Bu ölkəni, onun insanlarını sevdim, tez uyğunlaşdım. İllər keçdi və millidə oynamaq imkanım oldu. Qurban Qurbanov söhbətində mənə dedi ki, əgər sən həqiqətən də bütün ürəyinlə millidə oynamaq istəyirsənsə, o zaman başqa amillərə fikir vermə. Qərarını sevgi ilə verməlisən. Milli komandanı pula görə yox, bu ölkəni və xalqını sevdiyim üçün seçdim...”

Düşünürəm ki, artıq vaxt yetişib. Çox fikirləşdikdən sonra bu qərarı verdim. Milli komanda ilə vidalaşmalı olduğum gün gəldi. 6 il yığma formanı qürurla geyinmişəm, bu hekayənin hər səhifəsi mənim üçün özəldi, bu anları heç vaxt unutmayacağam və həmişə ürəyimdə saxlayacağam. Qurban Qurbanov, Robert Prosineçki, Nikola Yurçeviç, Canni De Byaziyə, eləcə də, millinin digər məşqçilərinə əməkdaşlığa görə təşəkkür edirəm. Bu illər ərzində hər kəsdən çox şey öyrəndim. Bütün keçmiş və indiki komanda yoldaşlarıma komandada olan unudulmaz macəraya görə təşəkkür edirəm. Hər zaman millinin yanında olan azarkeşlərə təşəkkür edirəm! Biz həmişə sizin dəstəyinizi hiss edirik. Siz hər şeyin ən yaxşısına layiqsiz! Biz eniş və yoxuşları, qələbə və məğlubiyyətləri, xoşbəxtlik və kədəri birlikdə paylaşırıq! Ümid edirəm ki, bundan sonra da belə olacaq...”
 
Hörmətli azarkeşlər, mən milli oyunların həyəcanını daha meydanda yox, sizin sıralarınızda yaşayacağam. Hazırda bütün qüvvəmi məni sizlərdən birinə çevirən “Qarabağ”a sərf etmək istəyirəm. Növbəti oyunlarda yığmaya uğurlar! İnanıram ki, komandamız daha yaxşı nəticələr qazanacaq və azarkeşləri sevindirəcək. Milli komandamızın çılğın azarkeşi olmağa davam edəcəyəm. Mən Azərbaycanı və bu ölkənin xalqını çox sevirəm. Sən həmişə mənim ürəyimdəsən. Mən səni sevirəm, Azərbaycan!”

Qeyd edək ki, Riçard Almeyda 2017-2023-cü illərdə Azərbaycan millisinin heyətində 31 oyun keçirib, 3 qola imza atıb.






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"