29 yanvar 2026. Cümə axşamı

Azərbaycanın UEFA reytinqində başlayacağı mövqe açıqlanıb


Azərbaycanın UEFA reytinqində başlayacağı mövqe açıqlanıb

Azərbaycanın 2023/2024 mövsümünə UEFA reytinqində başlayacağı mövqe bəlli olub.

   
Corner.az-ın məlumatına görə, Azərbaycan növbəti mövsümün startında Avropanın 29-cusu olacaq. Bu, 2022/23 mövsümünün sonundakı mövqe ilə eynidir. Start ərəfəsində 2018/2019-da toplanan 2.375 reytinq xalı silinəcək.

     

2023/2024 mövsümü də daxil olmaqla, Avropa arenasında son beş ilin ümumi nəticələrinə əsasən 14.250 xalla başlayacaq Azərbaycan klubları üçün 29-cu yerdən düşmək qorxusu yoxdur. Çünki 30-cu pillədəki Moldova ilə 3.125 xallıq fərq var.

 

Əvəzində mövsümün startındaca 28-ciliyi ələ keçirmək real görünür. Buna səbəb həmin mövqenin sahibi olan Slovakiyanın Azərbaycanı cəmi 0.375 xal qabaqlamasıdır.

 

Mövsümün gedişində reytinqdə 27-ci olan Bolqarıstanı da ötmək mümkündür. Bunun üçün adıçəkilən ölkə təmsilçilərindən ən azı 1.750 xal çox toplamaq lazımdır.


 







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu