20 mart 2026. Cümə

Renat Dadaşov məşq toplanışına niyə gec qoşulacaq?


Renat Dadaşov məşq toplanışına niyə gec qoşulacaq?
"Qrasshopper"də çıxış edən millimizin üzvü Renat Dadaşov komandasının 2023/2024 mövsümün öncəsi təlim-məşq toplanışına gec qoşulacaq.

Corner.az xəbər verir ki, 24 yaşlı hücumçu milli komandanın düşərgəsində olacağı üçün klubunun iyunun 19-u Bazeldə başlayacaq hazırlığının ilk günlərində olmayacaq.

Bu isə o deməkdir ki, R.Dadaşov millimizin Avro-2024-ün seçmə mərhələsində "Dalğa Arena"da iyunun 17-i (saat 20:00) keçiriləcək Latviyaya qarşı oyunu üçün yığmamıza çağırılacaq.

Qeyd edək ki, "Qrasshopper" İsveçrə çempionatının turnir cədvəlində 43 xalla 6-cı pillədə qərarlaşıb.







Milli komanda