8 aprel 2025. Çərşənbə axşamı

"Qəbələ" ikinci dəfə Azərbaycan kubokunu qazandı


"Qəbələ" ikinci dəfə Azərbaycan kubokunu qazandı

Azərbaycan Kubokunun final oyunu keçirilib.

Corner.az xəbər verir ki,  “Neftçi” və “Qəbələ” arasında keçirilən görüşlə 2022/2023 mövsümünə yekun vurulub.

“Bakcell Arena”dakı matçın 90 dəqiqəsində qapılara qol vurulmadığından, daha 30 dəqiqə oynanılıb. Əlavə vaxtda bölgə təmsilçisi hesabı açıb. 102-ci dəqiqədə İsnik Alimi penaltidən fərqlənərək, “qırmızı-qaralar”ı önə keçirib. Bu, həm də qarşılaşmada vurulan yeganə qol olub.

Beləliklə, 1:0 hesablı qələbə qazanan “Qəbələ” tarixində 2-ci dəfə Azərbaycan Kubokuna yiyələnib. “Qırmızı-qaralar”, bunadək turnirdə yegənə uğuruna 2018/2019 mövsümündə nail olmuşdu. Elmar Baxşıyevin rəhbərlik etdiyi komanda 4 illik həsrətə son qoyub.







Milli komanda

Millimiz Belarusla da bacarmadı
  • Milli komanda
  • 23:37 25.03.2025
Millimiz Belarusla da bacarmadı