24 noyabr 2024. Bazar günü

"Bütün matçlarda xallar qazana bilərik"


"Bütün matçlarda xallar qazana bilərik"
"Evdəki bütün qarşılaşmalarda və Azərbaycan millisi ilə matçlarda xallar qazana bilərik".

Corner.az xəbər verir ki, bunu Estoniya yığmasının futbolçusu Karol Mets Bakıda Azərbaycan komandasına qarşı keçirəcəkləri AVRO-2024-ün seçmə mərhələ oyunundan əvvəl müsahibəsində deyib.

Almaniyanın "Sankt-Pauli" klubunda çıxış edən 30 yaşlı müdafiəçi Bakıdakı qarşılaşmanın çətin olacağını söyləyib:
"Hələlik bütün diqqətimizi ilk oyuna yönəltmişik. Ötən il "Sürix"in (İsveçrə) heyətində UEFA Çempionlar Liqasının təsnifat mərhələsinin oyunu üçün Bakıda idim. Onlar evdə daha güclüdürlər. Səfərdə tamamilə fərqli görünürlər".

Qeyd edək ki, iyunun 17-də Bakıda Azərbaycan komandasının qonağı olacaq Estoniya seçməsi üç gün sonra Belçikanı qəbul edəcək.






Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi