20 mart 2026. Cümə

"Qəbələ" daha iki futbolçu ilə vidalaşdı


"Qəbələ" daha iki futbolçu ilə vidalaşdı

"Qəbələ” daha iki futbolçu ilə yollarını ayırıb.

90DEQİQE.AZ klubun rəsmi saytına istinadən xəbər verir ki, qapıçı Səlahət Ağayev və yarımmüdafiəçi Andrey Strijak əyakət təmsilçisini tərk edib.

2022-ci ilin yayından "qırmızı-qaralar"ın şərəfini qoruyan futbolçuların müqavilə müddəti başa çatıb. 32 yaşlı qolkiper “Qəbələ”də keçirdiyi mövsüm ərzində 34 matçda iştirak edib. 24 yaşlı ukraynalı legioner isə 7 oyun keçirib.

Qeyd edək ki, "Qəbələ" daha əvvəl Məqsəd İsayevlə vidalaşıb.







Milli komanda