21 noyabr 2024. Cümə axşamı

Millimiz toplanışa 20 futbolçu ilə başladı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb.


Millimiz toplanışa 20 futbolçu ilə başladı

19 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi təlim-məşq toplanışına başlayıb. 90deqiqe.az xəbər verir ki, yığma noyabrın 12-dək hazırlığını davam etdirəcək.

Aqil Nəbiyevin yetirmələri ayın 13-də Avropa çempionatının seçmə mərhələ oyunları üçün Lüksemburqa yollanacaq. Mütəxəssis ilkin heyətə 20 futbolçu çağırıb. Yekun heyət isə Qəbələ toplanışından sonra müəyyənləşəcək.

U-19-un heyəti: Sadiq Məmmədzadə, Əkbər Eyubov, Zaman Zamanlı, Adəm Topalov, İftixar İbrahimov (hamısı “Səbail”), Rəvan Mirzəmmədov, Fəxri Məmmədli, Həmzaəlı Mikayılov, Tuncay Cəfərli (hamısı “Sabah”), Hüseyn Hüseynov, Sadiq Şəfiyev, Cavid Qasımov (hamısı “Turan Tovuz”), Rüfət Abbasov, Nihad Əliyev, Murad Məmmədov (hamısı “Neftçi”), Xəyal Fərzullayev (“Sumqayıt”), Saleh Süleymanov (“Cəbrail”), Arzu Atakişiyev (“Kəpəz”), Uğur Səfərov (“Qarabağ”), Murad Ələkbərov (“Zirə”).

Qeyd edək ki, yığmamız Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 11-ci qrupda yer alacaq. Komandamız noyabrın 15-də Bosniya və Herseqovina, 18-də Niderland, 21-də isə Lüksemburqla üz-üzə gələcək.







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi