22 oktyabr 2024. Çərşənbə axşamı

Canni De Byazi milliyə 27 futbolçu çağırdı

Azərbaycan yığmasının heyəti açıqlanıb.


Canni De Byazi milliyə 27 futbolçu çağırdı

Azərbaycan yığmasının heyəti açıqlanıb.

90deqiqe.az xəbər verir ki, baş məşqçi Canni De Byazi AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində keçiriləcək oyunlara 27 futbolçu çağırıb.

Komandamız noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda İsveç, 19-da isə səfərdə Belçika yığması ilə qarşılaşacaq.

Qapıçı: Yusif İmanov (“Sabah”), Rəşad Əzizli (“Qəbələ”), Şahrudin Məhəmmədəliyev (“Adana Dəmirspor”, Türkiyə).

Müdafiəçilər: Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Rahil Məmmədov, Toral Bayramov (hamısı “Qarabağ”), Amin Seydiyev (“Sabah”), Höccət Haqqverdi (“Neftçi”), Qismət Alıyev (“Zirə”), Turan Manafov (“Araz-Naxçıvan”), Anton Krivotsyuk (“Daejon Hana”, Cənubi Koreya), Cəlal Hüseynov (“Arda Kaerdzali”, Bolqarıstan).

Yarımmüdafiəçilər: Aleksey İsayev, Elvin Camalov (hər ikisi “Sabah”), Eddi İsrafilov, Emin Mahmudov (hər ikisi “Neftçi”), Emil Səfərov (“Qəbələ”), Səbuhi Abdullazadə (“Sumqayıt”), Coşqun Diniyev (“Umraniyəspor”, Türkiyə), Ozan Can Kökçü (“Eyndhoven”, Niderland).

Hücumçular: Nəriman Axundzadə (“Qarabağ”), Rüstəm Əhmədzadə (“Zirə”), Mahir Emreli (“Dinamo”, Xorvatiya), Musa Qurbanlı (“Yurqorden”, İsveç), Ramil Şeydayev (“Buriram Yunayted”, Tayland), Renat Dadaşov (“Hatayspor”, Türkiyə).







Milli komanda

Millimiz Slovakiyanı qəbul edir
  • Milli komanda
  • 09:15 14.10.2024
Millimiz Slovakiyanı qəbul edir
Millimiz Minskdə Belarusa məğlub oldu
  • Milli komanda
  • 11:24 11.10.2024
Millimiz Minskdə Belarusa məğlub oldu
Fernandu Santuşa yubiley hədiyyəsi
  • Milli komanda
  • 21:50 10.10.2024
Fernandu Santuşa yubiley hədiyyəsi
"3 xalla dönəcəyimizə inanıram"
  • Milli komanda
  • 18:30 10.10.2024
"3 xalla dönəcəyimizə inanıram"