29 noyabr 2023. Çərşənbə

Emin Mahmudov: Nəticə qazanmağa çalışacağıq

“Yaxşı komandaya qarşı oynayacağıq”.


Emin Mahmudov: Nəticə qazanmağa çalışacağıq

“Yaxşı komandaya qarşı oynayacağıq”.

90deqiqe.az saytı xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov İsveç yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu ilə bağlı təşkil edilən mətbuat konfransında deyib.

 31 yaşlı yarımmüdafiəçi ev matçında qələbə qazanmaq istədiklərini bildirib: “Maksimum gücümüzü ortaya qoymağa çalışacağıq. Əlimizdən gələni edəcəyik ki, uğurlu oyun göstərək. Hər matçda qələbə üçün çıxırıq. Amma çətin rəqiblərə qarşı oynadığımızı da bilirik. Rəqibimiz güclü olsa da, yaxşı nəticə qazanmağa çalışacağıq”.

O, səfərdəki məğlubiyyətinin əvəzini çıxmaq istədiklərini bildirib: “İsveçdəki məğlubiyyət bizə pis təsir etmişdi. Çünki ilk 60 dəqiqədə top bizdə idi, hücumlar qurmağa çalışırdıq. Ağır məğlubiyyət oldu. Bunu əvəzini çıxmağa çalışacağıq. Rəqibin heyətində keyfiyyətli oyunçular çoxdur. Onlara mane olmağa çalışacağıq”.




Milli komanda

Millimizin heyəti bəlli oldu
  • Milli komanda
  • 19:35 24.11.2023
Millimizin heyəti bəlli oldu
De Byazi iclası erkən tərk etdi
  • Milli komanda
  • 10:29 22.11.2023
De Byazi iclası erkən tərk etdi
Millimiz Ukraynaya məğlub oldu
  • Milli komanda
  • 23:52 21.11.2023
Millimiz Ukraynaya məğlub oldu
Yığmamız Lüksemburqa uduzdu
  • Milli komanda
  • 23:17 21.11.2023
Yığmamız Lüksemburqa uduzdu