- Milli komanda
- 21:59 01.10.2026
Azərbaycanın U-21 yığması AVRO-2025-in seçmə mərhələsi çərçivəsində növbəti oyununu Ukraynaya qarşı keçirəcək. 90deqiqe.az xəbər verir ki, oyunu Gürcüstandan olan hakimlər briqadası idarə edəcək.
Qarşılaşma noyabrın 21-də İspaniyanın Mursiya şəhərindəki "Nueva Condomina" stadionunda keçiriləcək və saat 22:00-da start götürəcək.
Baş hakim: İrakli Kvirikashvili
Baş hakimin köməkçiləri: Giorgi Elikashvili, Davit Chigogidze
Dördüncü hakim: Giorgi Avazashvili