- Milli komanda
- 20:50 05.12.2023
U-21 yığmasında yeni simalar diqqət çəkir
90deqiqe.az xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Samir Əliyevin baş məşqçisi olduğu komanda ukraynalı həmyaşıdları ilə üz-üzə gələcək. U-21 yığmasında yeni simalar diqqət çəkir.
Almaniyanın “Koblenz” komandasının üzvü Nihat Fərəcli, Bolqarıstanın “Arda Kardzhali” klubunun futbolçusu Cəlal Hüseynov və “Qarabağ”ın oyunçusu Nəriman Axundzadə millinin İspaniyadakı düşərgəsinə qoşulub.
Qeyd edək ki, İspaniyanın Mursiya şəhərindəki “Nueva Condomina” stadionunda keçiriləcək Ukrayna - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Rəqib 12 xalla liderdir, 3 oyuna 3 xal əldə edən U-21 yığmamız 4-cü pillədə qərarlaşıb.