- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. 90deqiqe.az xəbər verir ki, Aqil Nəbiyevin baş məşqçisi olduğu komanda Lüksemburqla qarşılaşıb.
Vilts şəhərində estoniyalı hakimlər briqadasının idarə etdiyi oyun meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb. Fasiləyə 8-ci dəqiqədə vurulan erkən qolla üstün yollanan Lüksemburq yığması 57-ci dəqiqədə millimizi ikinci dəfə cəzalandırıb. Komandamız buraxılan qollardan yalnız birinin əvəzini çıxmağı bacarıb. 85-cü dəqiqədə Şahin Şahniyarov fərqlənib.
3 turdan sonra hesabında 1 xal olan millimiz 11-ci qrupda sonuncu – dördüncü olub və mübarizəni dayandırıb. Niderland 9 xalla birinci, Bosniya və Herseqovina 4 xalla ikinci yeri tutub və elit-raunda vəsiqə qazanıblar.
İlk qələbəsinə sevinən Lüksemburq isə 3 xalla üçüncü olub.