- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün AVRO-2025-in seçmə mərhələsində dördüncü oyununa çıxıb. 90deqiqe.az xəbər verir ki, yığmamız Ukrayna ilə qarşılaşıb.
Rəqib Samir Əliyevin yetirmələrini İspaniyanın Mursiya şəhərində yerləşən “Nueva Kondomina” stadionunda qəbul edib. F qrupunda keçirdiyi ilk 4 görüşdə maksimum nəticə göstərən Ukrayna bu dəfə də qələbə qazanıb. 34-cü dəqiqədə fərqlənən Brazko komandasına növbəti qələbə qazandırıb.
4 turdan sonra aktivində 3 xal olan yığmamız seçmə mərhələdə növbəti oyununu 2024-cü ilin martın 22-də evdə İngiltərə millisinə qarşı keçirəcək.
AVRO-2025, seçmə mərhələ
F qrupu
21 noyabr
Ukrayna - Azərbaycan - 1:0
Qol: Brazko, 34 (pen)
Baş hakim: İrakli Kvirikaşvili (Gürcüstan)
İspaniya. Mursiya. “Nueva Kondomina” stadionu