14 dekabr 2025. Bazar günü

Millimiz FIFA reytinqində 6 pillə irəlilədi

Azərbaycan millisi FIFA reytinqində ötən ayla müqayisədə 6 pillə irəliləyib.


Millimiz FIFA reytinqində 6 pillə irəlilədi

Azərbaycan millisi FIFA reytinqində ötən ayla müqayisədə 6 pillə irəliləyib.

90deqiqe.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, yığma 114-cü mövqedə qərarlaşıb.

Hazırda baş məşqçisiz olan millimiz 1174.22 xala malikdir. Milli AVRO-2024-ün son matçlarında İsveçə Bakıda 3:0 hesabı ilə qalib gəlib, səfərdə Belçikaya məğlub olub- 0:5.

Argentina yığması (1855,20) liderliyini qoruyubsa, Fransa (1845,44) ikinci, İngiltərə (1800.05) isə üçüncü pillədə qərarlaşıb.

Belçika (1798,46) dördüncü,, beşqat dünya çempionu Braziliya (1784,09) isə beşinci pilləyə yuvarlanıb.

Xatırladaq ki, AFFA İcraiyyə Komitəsi noyabrın 22-də millinin baş məşqçisi Canni De Byazi ilə yolları ayırıb. Yığma onun rəhbərliyi altında AVRO-2024-ün seçmə mərhələsində 7 xalla F qrupunda 4-cü yeri tutub.







Milli komanda

“Fransaya qol vurmaq özü çətindir”
  • Milli komanda
  • 23:49 16.11.2025
“Fransaya qol vurmaq özü çətindir”
Millimiz Bakıda Fransaya məğlub oldu
  • Milli komanda
  • 22:52 16.11.2025
Millimiz Bakıda Fransaya məğlub oldu