29 iyun 2026. Bazar ertəsi

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün B Liqasına yüksələ bilər

Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Millətlər Liqasında növbəti oyununu keçirəcək.


Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün B Liqasına yüksələ bilər

90deqiqe.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda V turda Kipr kollektivinin qonağı olacaq.

Qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlanacaq. Meydan sahibləri 7 xalla ikinci pillədə qərarlaşıb, yığmamız 10 xalla liderdir.

Komandamız qələbə qazanacağı təqdirdə B Liqasına yüksələcək.

C Liqasının 3-cü qrupunun digər görüşündə Monteneqro Farer adaları ilə üz-üzə gələcək. Bu matç isə saat 16:00-da start götürəcək.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi