- Milli komanda
- 19:00 02.12.2025
Türkiyənin “Kayserispor” klubunun futbolçusu Hasan Hüseyin Acar Azərbaycanın əsas millisindən dəvət alıb.
Corner.az xəbər verir ki, bu barədə “kayseritempo.org” saytı məlumat yayıb. Hüseyin Acarın AFFA-dan gələn təklifə müsbət baxdığı və Azərbaycan millisində oynamaq istədiyi bildirilib. 24 yaşlı futbolçu ölkə mətbuatına açıqlamasında da AFFA-dan təklif aldığını təsdiqləyib: “Təklif olduğu düzdür. Düşünürəm və müsbət baxıram. Milli komandada çıxış etməyi hər kəs istəyir. Türkiyə milli komandasında forma geyinmək istəyərəm, ancaq Azərbaycan yığmasında da çıxış etmək qürur verər”.
“Kayserispor”la 2021-ci ilə qədər müqaviləsi olan Acar, yarımmüdafiənin mərkəzində çıxış edir.