20 mart 2026. Cümə

Qadın futbol millimiz sonuncu oyununa çıxır - AFİŞA

Bu gün qadın futbolçulardan ibarət Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçını keçirəcək


Qadın futbol millimiz sonuncu oyununa çıxır - AFİŞA

90deqiqqe.az xəbər verir ki, Siyasət Əsgərovun baş məşqçisi olduğu komanda Farer adalarını qəbul edəcək.

 

“Dalğa Arena”da gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək. C Liqasının 3-cü qrupunun digər matçında Kipr millisi Monteneqronun qonağı olacaq. Həmin görüş də eyni vaxtda başlayacaq.

Yığmamız 13 xalla qrup liderliyini ötən turda təmin edib və B Liqasına yüksəlib. Monteneqro 9 xalla ikinci, Kipr 7 xalla üçüncü, xalı olmayan Farer adaları isə sonuncudur.







Milli komanda