22 iyun 2026. Bazar ertəsi

Millimiz bir pillə irəlilədi


Millimiz bir pillə irəlilədi

Avropa Liqasında qrup mərhələsinin 4-cü turun oyunlarından sonra UEFA yeni reytinqi açıqlanıb. 

Corner.az məlumat verir ki, dünən keçirilən 24 qarşılaşma ilə cədvəldə qismən dəyişikliklər olub.

Ukraynada  Vorskla-ya 1:0 hesabı ilə qalib gələn Qarabağ ölkəmizin aktivinə 0,500 xal yazdırıb. Bu xalla Azərbaycan bir pillə irəliləyərək 26-cı pilləyə yüksəlib. Millimiz xalını 19.000-ə çatdıraraq İsraili geridə qoyub.

 Qeyd edək ki, siyahıya İspaniya başçılıq edir. 2-ci İngiltərə, 3-cü İtaliyadır.







Milli komanda

U-21 millimiz Bəhreyni darmadağın etdi
  • Milli komanda
  • 22:07 06.06.2026
U-21 millimiz Bəhreyni darmadağın etdi