- Milli komanda
- 15:46 21.03.2025
© 2025 90deqiqe.az - Bütün hüquqlar qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bu gün həndbol üzrə Azərbaycan yığması AVRO-2024-ün seçmə mərhələsində növbəti oynuna çıxıb.
90deqiqer.az xəbər verir ki, V qrupda yer alan millimiz Litvanın qonağı olub.
4 gün əvvəl Bakıda rəqibini məğlub edən həndbolçularımız səfərdə eyni uğuru təkrarlamağa çalışıb. Düzdür, oyunun favoriti litvalılar sayılır, amma yığmamızın növbəti sürpriz imza atması mümkündür. Birinci hissəni 6 xal fərqi ilə üstün bitirən litvalılar fasilədən sonra fərqi artırıblar. Meydan sahibləri 41:26 hesabı ilə qalib gəliblər.
Qeyd edək ki, qrupun digər matçında Şimali Makedoniya İspaniyanın qonağı olub.